Bu həyatda fərqli ol! Dəyiş, kəşf et, zirvədə ol!

Məni tanıyın

İlk öncə biraz rəsmiyyət, mən Abdullayeva Gülsəfa 1988-ci ildə anadan olmuşam. 2007-ci ildə Azərbaycan Dillər Universitetinin İngilis dili və ədəbiyyatı fakültəsinə daxil olmuşam. Universitet həyatımdan bügunədək mütəmadi şəkildə müxtəlif sektorlarda fəaliyyət göstərən beynəlxalq və yerli şirkətlərdə ixtisasartırma proqramlarına daxil olub karyera hədəflərimə çatmağa nail olmuşam.

Mən nə ilə məşğulam?

Hərdən mənə bu sualı verəndə düşünmədən ” İnsanları öyrənirəm” cavabını verirəm. Müasir insan resursları, müasir biznes idarəetmə insanları öyrənmədən mümkün deyil.

Məşğul olduğum sahə isə xobbilərimlə tam üst-üstə düşür:

Öyrənmək

Öyrətmək

Məqalə yazmaq mənim xobbimdir.

İndi isə gələk təqdimatın əsas hissəsinə Abdullayeva Gülsəfa İnsan Resursları sahəsində çalışır. Həyatımızın günlük gedişatı İR Sistemlərinin qurulması və inkişafı periodunda məni İR-nın idarə olunmasına yönəltdi. İş yerində effektli iş fəaliyyəti, personal əlaqələri, liderlik ruhu və s. kimi mövzularda araşdırır və yazıram. Fikirlərimi paylaşdığım və öyrənməkdən sıxıldığım bir gün belə xatırlamıram, çünki paylaşmağın gücünə inanan biriyəm.

Aldığım təlimlər:

Meta Programlar – Human Pattern Power -2021

NLP Coach Practitioner – INLPTA (International NLP Trainers Association – USA) – 2021

NLP Practitioner – INLPTA (International NLP Trainers Association – USA) – 2021

Master Coaching – Yönetici ve Kariyer Koçluğu – 2021

Coaching – Human Pattern Power -2021

NLP- Değişim Proqramı – Oğuz Saygın Düşünce Akademisi

NLP Eğitimi – İstanbul Business İnstitute

HR Summit Baku 2019

Business Management Forum 2019

Professional Communication – Iam inovasyon ve ar-ge merkezi Turkey

Human Resources Managament – International Business Management Institute Berlin

Human Resources Certificate Program – İnternational Business School of Turkey

Leadership and Management Certificate Program – İnternational Business School of Turkey

Innovation & Creative Thinking Certificate Program – Istanbul Business Institute

Risk based thinking techniques training – Istanbul Business Institute

Competency Based Interviewing techniques training – Istanbul Business Institute

Career Management training – Istanbul Business Institute

Effective Communication Strategies and Body Language – Istanbul Business Institute

Business Ethics & Etiquette – Training  – Istanbul Business Institute

Influence and Persuasion Techniques Training Course – Istanbul Business Institute

Stress Management Training – Istanbul Business Institute

ISSA-Interclean Amsterdam 2012

Çalışdığım müddət ərzində İR Departamentinin quruluşu daxil olmaqla iş analizləri, vəzifə təlimatlarının tərtib olunması, kritik uğur göstəriciləri, performans dəyərləndirmə, işə qəbul seçmə-yerləşdirmə, karyera planlamaları, təlim ehtiyacı analizinin aparılması üzrə işlərə müvəffəq olmuşam.

Mən kiməm?

Xəyallarının arxası ilə gedən, bu yolda heç bir uğursuzluğa təslim olub yolundan dönməyən, qərarlı bəzən tənbəl amma istəyəndə ən yaxşısını edən, həyatın dadını sevdikləri ilə çıxarmağa çalışan, uğur qazanmağı və hər bir layihədə uğurlu olmağı qarşısına məqsəd qoyan biri.

Mənim üçün önəmli olan haqlı və ya haqsız olmaqdan ziyadə bilik, təcrübə və fikirlərin paylaşımıdır.

Professional və şəxsi həyatımda iş və karyeramda mentor çalışmalarım daima davam edir. Bütün bunlara əlavə olaraq, səyahət etməyi, öyrənməyi, paylaşmağı, əylənməyi, yazmağı, dijital dünyanın, texnologiyanın əfsanəvi yeniliklərini kəşf etməyi sevirəm, daha nələr edə biləcəyim ilə bağlı düşünürəm.

Yaratdığım bloga gəlincə isə bu blog İnsan Resursları sistemlərinə iş həyatına aid deyiləcək, paylaşılacaq sözlərimin olmasından gəldiyim nəticədir. Susduqlarımız içimizdə böyüməsin, fikirlər paylaşılsın yayılsın, ölkəmizdə söz azadlığının olduğunu düşünərək bugündən etibarən bildiklərimi, öyrəndiklərimi, gördüklərimi yazacam və sizlərlə paylaşacam.

Yaratdığım İR blogun manifestosu:

Şirkətlərdə İR köməyə gəlsin deyənlərə doğru istiqamət vermək;

İR-da karyeralarını davam etdirənlərə, bu sahədə çalışan professionalların özlərini daim inkişaf etdirmələrinə kömək olacaq. Məqsədim fikirlərini rahat şəkildə söyləyən, daima dəyişməyi və inkişaf etməyi planlaşdıran, fikir yaradıcısı olan həmçinin bunu paylaşmağı sevən insanlara xidmət göstərməkdir.

İR hər zaman gündəlik baş verənləri, siyasət və iqtisadiyyatı izləmənin vacib olduğunu təbliğ edir deyə düşünürəm.

Məni mən edən dəyərlər nədir? deyə soruşsanız ona da heç tərəddüd etmədən “ədalətli olmaq, açıqsözlü olmaq və daim öyrənməyə hazır olmaq” deyərəm.

Nazim Hikmət ” Dörd göyərçin” adlı şeirində belə deyib:

İnsanların qanadları yoxdur

İnsanların qanadları ürəklərindədir..

Hörmətlə Gülsəfa.

2 Replies to “Bu həyatda fərqli ol! Dəyiş, kəşf et, zirvədə ol!”

Bir şərh yazın

Design a site like this with WordPress.com
Başla: