Karyera üçün oxunmalı 3 kitab

Kitablar ən effektli və vacib öyrənmə qaynaqlarından biridir. İşiniz, xobbiləriniz, həyatda nail olmaq istədikləriniz nə olursa olsun. Ona görə düşünürəm ki, oxumağın heç zaman hüdudları yoxdur. Bir insanın həyatını dəyişdirən kitablar sizin həyatınızı dəyişdirməyə bilər və ya əksinə. Amma yenə bəzi şeyləri kateqoriyalaşdırmaq beynimizin həmin şeyləri daha tez qavramasına səbəb olduğu üçün faydalı olacaq kitabları kateqoriyalara ayırmağın heç bir zərəri yoxdur deyə düşünürəm. Daha zəngin baxış tərzi yaradan 3 kitabı sizlərlə paylaşmaq istəyirəm:

1. Spencer Johnson “Who moved my cheese” 

Bu kitabı oxuyanların əksəriyyəti bir günə bitirir. Yarımsərlövhədə “İşinizdə və şəxsi həyatınızda dəyişikliklərə uyğunlaşmağın təsirli yolu” ifadəsi qeyd olunmuşdur. Kitabda qəhrəmanlar heç gözləmədikləri dəyişikliklərlə üz-üzə gəlirlər. Eynilə, gündəlik həyatdakı milyonlarla insan kimi. Kitab oxuculara bir gün mütləq faydalana biləcəkləri dəyərli məsləhətlər verir.

2. Richard Carlson “Don’t Sweat The Small Stuff at Work” 

“Sahib olduğumuz şeylərin dəyərini unutmuş kimiyik” deyir Richard Carlson. “Tıxac yarandığı zaman əsəbləşirik, amma o anda komfortlu bir avtomobilin içində olduğumuz ağlımıza gəlmir”. 

3. Canan Duman “Şirketler Yıldız Çalışanlarını Neden Kaybeder”

Hər başlıqda müxtəlif mövzulara toxunaraq şirkətlərin niyə professionalları əldə saxlaya bilməmələri və bunun üçün hansı maddi, mənəvi, texniki üsullara müraciət etmək lazım olduğunu cavablandırır. 

“İşçi sədaqətini təmin etmək birdəfəlik iş deyil, daima canlı tutulması vacib olan duyğudur. Sədaqət qarşılıqsız olmamalıdır. İşçisindən yüksək sədaqət gözləyən qurum eyni zamanda işçisinə qarşı da yüksək sədaqət göstərməlidir. Mən deyil, biz olmaq anlayışını konsolidasiya etməlidir.”

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma